Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib


Siyasət 19 Okt 2017 14:54:00 342 0

Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

Müşavirədə BŞBPİ rəisi Mirqafar Seyidov iştirak edib

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2017-ci ilin ilk 9 ayının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

“Report”un məlumatına görə, BŞBPİ rəisi, polis general-mayoru Mirqafar Seyidovun iştirakı ilə keçirilən müşavirədə məruzələr dinlənilib.

Müşavirədə 2017-ci ilin ilk 9 ayında görülən işlər və bu ilin növbəti üç ayında qarşıya qoyulan məsələlər müzakirə edilib.