Azərbaycan Tibb Universitetinin tədrisində yeni sistem tətbiq olunur


Digərləri 19 Okt 2017 14:57:00 330 0

Azərbaycan Tibb Universitetinin tədrisində yeni sistem tətbiq olunur

Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni sistem tətbiq olunur. ATU-nun rektoru, professor G.Gəraybəylinin əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım dərslərini mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq, onların praktiki tibbi fəaliyyətlərə yiyələnməsinə müsbət təsir göstərəcək. Layihə bu ildən pilot layihə kimi tətbiq edilir. Pilot layihəsi çərçivəsində I kurs tələbələrinə əsas 9 bacarıq - "CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və vena daxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, belə xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənmiş, yanmış insanlara ilk yardımın göstərilməsi öyrədilir.

Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən, tibbi təhsil alan tələbələrə öyrədilməsi vacib sayılan məsələ onlara vaxtında, korrekt və dəqiq şəkildə ilk yardımı göstərə bilməyi öyrətməkdir. Çünki bu yardım vaxtında olmazsa, xəstədə beyin ölümü baş verə bilər.