Salyanda faciə: tibb bacısı olan ana işdı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı... FOTO


Digərləri 19 Okt 2017 14:58:00 275 0

Salyanda faciə: tibb bacısı olan ana işdı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...  FOTO

Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da təfərrüatı məlum olub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin tibb bacısıdır. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində "Ay işığı" mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Əhmədov Ayxan Sabir oğlu mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli "VAZ-2107" markalı avtomaşın vurub. Uşaq xəstəxanaya gətirilərkən yolda keçinib.


Xəbərə aid fotolar