TAP-ın ilk turbo kompressorları Yunanıstana çatdırılıb


İqtisadiyyat 19 Okt 2017 14:44:00 306 0

TAP-ın ilk turbo kompressorları Yunanıstana çatdırılıb

Kipoy ərazisindəki kompressor stansiyasında quraşdırılacaq 3 kompressorun hər birinin gücü 15 MVt-dır

Trans-Adriatik Boru Kəmərinin (TAP) Kipoy yaxınlığında (Yunanıstanın şimal-şərqi, Türkiyə-Yunanıstan sərhədi) inşa olunan qaz kompressor stansiyasında istifadə olunacaq ilk qaz-turbin turbo kompressor qurğuları Pirey limanı vasitəsilə əraziyə çatdırılıb.

“Report” xəbər verir ki, bu barədə “TAP-AG” məlumat yayıb.

Qeyd olunub ki, ilk turbo kompressor qurğusu müvəffəqiyyətlə gəmidən boşaldılıb və qurğu kompressor stansiyasında əvvəlcədən inşa olunan beton özülün üzərinə yerləşdirilib.

Turbo kompressorlar “Siemens” şirkəti tərəfindən Almaniyada istehsal olunub və gəmi vasitəsilə Antverpendən (Belçika) Pirey limanına gətirilib, buradan isə Kipoya quru yolla çatdırılıb. Bu proses 3 həftə davam edib.

Kipoy ərazisindəki kompressor stansiyasında quraşdırılacaq 3 kompressorun hər birinin gücü 15 MVt təşkil edir.

TAP-ın Kipoy ərazisindəki kompressor stansiyasında işlərə bu ilin II rübündə başlanılıb. Məlumata görə, stansiyanın tikintisi qrafikə uyğun olaraq irəliləyir.