Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının görüşüdə 25 sənəd imzalanıb


Siyasət 19 Okt 2017 14:25:38 354 0

Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının görüşüdə 25 sənəd imzalanıb

İclasda 8 dövlətin sərhəd xidmətinin, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər

Bakıda MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının 78-ci iclası keçirilib.

Bu barədə "Report"a MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov məlumat verib.

İclasda 8 dövlətin sərhəd xidmətinin, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Bugünkü iclasın gündəliyində MDB-nin xarici sərhədlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı 9 vacib məsələ daxil edilib, iclasın yekununda 25 sənəd imzalanıb.