Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq


Digərləri 19 Okt 2017 14:21:00 263 0

Telefon xətlərinə qanunsuz daxil olmaq cinayət məsuliyyəti yaratmayacaq

Azərbaycanda telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma cinayət məsuliyyəti yaratmayacaq.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 189-cu (Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma) maddəsi çıxarılır. Hazırda qanunvericilikdə yer alan maddəyə əsasən, abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatədək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.