Bakıda Qarabağ münaqişəsi zamanı əsir və girov götürülümüş, itgin düşmüş şəxslərə həsr olunan tədbir keçirilib


Siyasət 19 Okt 2017 14:07:22 356 0

Bakıda Qarabağ münaqişəsi zamanı əsir və girov götürülümüş, itgin düşmüş şəxslərə həsr olunan tədbir keçirilib

Tədbirdə məsələnin həlli ilə bağlı təkliflər irəli sürülüb

Bakıda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülümüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq konteksində" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbiri "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi eyniadlı layihə çərçivəsində təşkil edib.

Konfransı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova açaraq bildirib ki, layihənin məqsədi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxlanılan soydaşlarımızın qaytarılması, itgin düşmüş hesab olunan şəxslərin taleyinə aydınlıq gətirilməsi və zorakılığa məruz qaldıqdan sonra əsir və girovluqdan azad edilmiş şəxslərin hüquqlarının müdafiəsinə nail olmaq üçün beynəlxalq səviyyədə genişmiqyaslı təbliğat işlərinin aparılmasıdır. 

Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatlarının hüquqşünas-alimlərin, əsir, girov və itginlərin ailə üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın Hüquq və İnsan Haqları institutunun direktoru, millət vəkili Aytən Mustafazadə, millət vəkili Fazil Mustafa, Ombudsman Aparatının nümayəndəsi Faiq Ağayev, Ailə, Qadın və və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Müqalib Mahmudov və digərləri mövzu ətrafında müzakirə aparıb, məsələnin həlli ilə bağlı təkliflər irəli sürüblər.