“AccessBank” müştərilərinə 4 fərqli əmanət növü təklif edir


İqtisadiyyat 19 Okt 2017 12:28:44 277 0

“AccessBank” müştərilərinə 4 fərqli əmanət növü təklif edir

Bu məhsullar onların bütün tələblərinə cavab verir

“Accessbank” QSC müştərilərinə onların bütün tələblərinə cavab verən 4 müxtəlif əmanət növü təklif edir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, əgər müştəri müəyyən müddətə sərmayə yatırmaq və yüksək gəlir əldə etmək istəyirsə, o halda “Müddətli” əmanət ona daha uyğundur. Bu zaman faizlər müştərinin kartına, istəyinizdən asılı olaraq, hər ay, hər rüb, hər il və yaxud müddətin sonunda ödəniləcək.

Bundan başqa, əgər müştəri gəlirinin müəyyən hissəsini sabit şəkildə yığmaq istəyirsə, bu halda “Yığım” əmanətindən yararlana bilər. Əmanət aylıq artımlar, faizlər və əlavə bonus hesabına artacaq.

“Əlverişli” əmanət açmaqla isə müştəri istənilən vaxt əmanətinin məbləğini artıra və yaxud pulu hesabından çıxara bilər. Bu zaman faizlər hesabına pul da artacaq.

Əgər müştəri yüksək faizlər qazanmaq istəyirsə və faizlərini çıxarmaq üçün uzun müddət gözləməyə vaxtın yoxdursa, o halda “Yüksələn” əmanət aça bilər. Bu halda pulu istənilən vaxt toplanmış faizlərin tam həcmi ilə birlikdə çıxarmaq mümkün olacaq.

“Özünüzə daha uyğun olan əmanət növünü seçin və gəlirlərinizi sərfəli şərtlərlə artırın! Bundan sonra “AccessBank”la pullar sizə işləyəcək!”, - deyə Bankın açıqlamasında qeyd olunub.

Ətraflı məlumatı “Accessbank”ın rəsmi internet səhifəsindən, “Facebook” və “Twitter” sosial şəbəkəsindəki səhifələrindən, eləcə də 151 Məlumat Mərkəzindən əldə etmək olar.