Mərkəzi Bank büdcəyə 250 mln. manat köçürdü


Digərləri 19 Okt 2017 12:23:00 339 0

Mərkəzi Bank büdcəyə 250 mln. manat köçürdü

Cari ilin 9 ayında dövlət  büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat olub.

Son.az xəbər verir ki, Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, büdcə kəsiri 783,6 mln. manat təşkil edib.

Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur.