Azərbaycanlı model Amerikada moda gecəsində VİDEO FOTO


Şou-biznes 19 Okt 2017 12:25:00 441 0

Azərbaycanlı model Amerikada moda gecəsində  VİDEO  FOTO

"Couture Fashion Week" hər zaman olduğu kimi bu həftə də Nyu-Yorkun mərkəzində - "Times Square da Grown Plaza" hoteldə keçirildi.

Bu barədə Son.az-a əslən azərbaycanlı model Stefano Suaros məlumat verib.

O, bu dəfə Venesueladan olan məşhur dizayner Carlos Verlizin Spring Rock kolleksiyasının açılışını edib.

Əsl adı Rəcəb Rəcəbli olan Stefano bildirdi ki, şoya çıxarkən məşhur azərbaycanlı model Stefano Suaros deyə təqdim edildim. Ölkəmizin adının xaricdə möhtəşəm salonlarda səslənməsi məni inanılmaz dərəcədə xoşbəxt edir. Çox sevinirəm ki, Azərbaycanda da moda sahəsi inkişaf etməyə başlayır.

"Couture Fashion Week" haqqında fikirlərini bizimlə bölüşən model bildirdi ki, daha öncə də Milan, Berlin, Paris və digər şəhərlərdə keçirilən "Couture Fahion Week"  şoularında məşhur dizaynerlərin şou açlışlarını edib. Hər zaman Amerikada "Coturue Fashion Week" göstərilərində yer almağı arzulayan model artıq iki ildir nəinki bu şouda model olaraq çalışmaq, hətta jüri heyətində önəmli yerlərdən birini tutduğunu vurğuladı.


Xəbərə aid fotolar