"Euronews"da Azərbaycan xalçaları haqqında süjet VİDEO


Digərləri 19 Okt 2017 12:29:00 321 0

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet  VİDEO

"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, süjetdə Azərbaycanda xalçaçılığın çox qədim və zəngin tarixi olduğu qeyd edilir, bu tətbiqi sənət növünün tarixindən bəhs olunur.

Süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı və muzeyin orijinal üslubda - xalça formasında olduğu xüsusi vurğulanır.

"Euronews"un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.