"Tacirin atasının 4 arvadı olub" Müğənninin əmisi oğlu sirləri açdı


Şou-biznes 19 Okt 2017 12:14:00 405 0

"Tacirin atasının 4 arvadı olub"  Müğənninin əmisi oğlu sirləri açdı

Tanınmış müğənni Tacir Şahmalıoğlu ilə həmkarı Fədayə Laçının sevgili olması xəbəri hələ də ciddi müzakirə olunur. 

Son.az xəbər verir ki, hər iki müğənni arasında olan münasibətlərdən median.az-a danışan sənətçi Tacir Şahmalıoğlunun əmisi oğlu şair Kənan Qurbanoğlu bəzi məqamlara da aydınlıq gətirib. O qeyd edib ki, Tacir Şahmalıoğlu cavan olub, cavanlıq edib, burada qəribə heç nə yoxdur, Tacirin atasının da 4 arvadı olub: "Mənim bu söz-söhbətdən xəbərim var. Mən inanmıram ki, Tacir, Fədayə xanımı alçatmaqçün bu xəbəri deyib (Tacir Şahmalıoğlu mediaya - "Fədayə mənimlə bir yerdə olanda qız deyildi " açıqlamasını vermişdi). Tacir onun böyüyən övladını nəzərə alaraq belə söyləyir. Mən Tacirin ürəyinə bələdəm. Baxmayaraq ki, mənim onunla 5 ildi münasibətim yoxdur. Amma bu iki insan sevgili olublar ki, bu məsələ ortaya çıxıb. Mən belə başa düşürəm. İndi madam ki, Fədayə xanım bunu etiraf edir, Tacir də açıqlama versin ki, bu məsələ doğrudur. Eləmişəm, yaxşı eləmişəm. Cavan olmuşam, cavanlığımı etmişəm. Onu bundan sonra nə oğulu, nə də qızı atmaz. Tacirin atasınında 4 arvadı olub. O da musiqiçi idi. Bunu bütün Ağdam camaatı bilir". 

Bütün bunlardan sonra K.Qurbanoğlu əlavə edib: "Gərək Fədayə Laçın bu məsələni Tacirə zəng edib, öz aralarında həll edərdi. İctimailəşdirmək lazım deyildi. Mən, sadəcə, T.Şahmalıoğlunun qohumu olaraq bu münaqişəyə münasibət bildirdim. Amma Tacir də elə bilməsin ki, mən elə işimi-gücümü atıb düşmüşəm onun ardınca. Onun həyatda yaşayıb-yaşamamasının nə mənə xeyri var, nə də zərəri".