İİTKM üç xarici şirkətlə əməkdaşlıq sənədləri imzalayıb


İqtisadiyyat 19 Okt 2017 12:15:45 329 0

İİTKM üç xarici şirkətlə əməkdaşlıq sənədləri imzalayıb

Bu, "QazinformService" (Rusiya), "Asseco data Sistems" (Polşa) və "Orient Swiss" (İsveçrə) şirkətləridir

Bakıda "Azərbaycan rəqəmsal ticarət qovşağı: inkişaf perspektivləri" mövzusunda keçirilən konfrans çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bir sıra ölkələrin qurumları ilə əməkdaşlığa dair memorandum imzalayıb.

"Report" xəbər verir ki, anlaşma sənədləri Rusiyanın "QazinformService" şirkəti, Polşanın "Asseco data Sistems" şirkəti və İsveçrənin "Orient Swiss" şirkəti arasında imzalanıb. 

Sənədlər ölkələrarası biznes əlaqələrin yaxşılaşdırılması, Azərbaycanın iqtisadi inkişafı, e-ticarət və e-kommersiyanın inkişafının asanlaşmasına yardım edəcək.