Xatun əlini çəkdi, amma şouda qaldı


Şou-biznes 19 Okt 2017 12:05:00 451 0

Xatun əlini çəkdi, amma şouda qaldı

Reper Elşad Xose "Maşın" şou ilə bağlı ittiham irəli sürüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Xose ilə müğənni Xatun arasında insident yaşanıb.

Reper səsverməyə çıxan Raufa dəstək olduğunu deyib. Xatun isə "Səhərdən hamımızı yıxıb-sürüyür. Rauf mənə tərbiyəsizlik edib, mən də ona nələrsə demişəm. Sənə də deyirdim" söyləyib.

İki sənətçi söz davasına çıxıb. Elşad Xatunu avtomobildən əlini çəkməkdə günahlandırıb:

"Sənin mənə nəsə deməyə duxun çatmaz. Sən əlini maşından çəkməyindən danış. Bütün internet sənin əlini götürməyindən danışır. Bunu diqqətli tamaşaçılar yaxşı bilir. Mən görməmişəm".

Sənətçilərin canlı yayımda mikrofonu söndürülüb. Xatun "Operatorlar səndən yaxşı görür" cavabını verib.