“Prodexpo 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb


İqtisadiyyat 19 Okt 2017 11:53:52 308 0

“Prodexpo 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb

Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətləri noyabrın 20-nə qədər qəbul ediləcək

İqtisadiyyat Nazirliyi fevralın 5-dən 9-na kimi Moskvada (Rusiya) keçiriləcək “PRODEXPO 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu noyabrın 20-nə qədər uzadıb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, dahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 35-dir. Onlar müsabiqə əsasında seçiləcək. Müsabiqəni AZPROMO İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 1-də təşkil edəcək.

Seçim meyarları:

- ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

- nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı: 20 bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə;

- nümayiş olunacaq məhsulların siyahısı;

- sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və yaxud məlumatlar;

Sənədlər Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanında - Bakı Biznes Mərkəzində qəbul edilir. Əlaqələndirici şəxs AZPROMO-nun İxracın təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur. (Tel.: (012) 598 01 47/48 (daxili 141), e-poçt: [email protected], [email protected])