Azərbaycan Abu-Dabidə keçiriləcək neft-qaz konfransında iştirak edəcək


İqtisadiyyat 19 Okt 2017 11:44:50 292 0

Azərbaycan Abu-Dabidə keçiriləcək neft-qaz konfransında iştirak edəcək

Konfrans noyabrın 13-16-da keçiriləcək

OPEC-ə üzv olmayan MDB ölkələrinin aparıcı neft-qaz şirkətləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində noyabrın 13-16-da keçiriləcək ADIPEC beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edəcək. "Report" "Zawya.com" saytına istinadən xəbər verir ki, konfransın əsas məqsədi bu ölklərdən olan neft-qaz şirkətlərinin ADIPEC-dən istifadə edərək beynəlxalq fəaliyyətlərini genişləndirmək olacaq. Rusiya şirkətləri ilə yanaşı konfransda Qazaxıstan, Özbəkistan və Azərbaycan şirkətlərinin iştirakı gözlənilir.

"ADIPEC qlobal neft-qaz şirkətləri üçün önəmli istiqamət təşkil edir. Ona görə də MDB-nin iri şirkətləri bura gəlir", - deyə "Al Yasat Petroleum" şirkətinin baş icraçı direktoru və "ADIPEC 2017"-nin sədri Əli Xəlifə əl-Şəmsi bildirib.

Avropadan Mərkəzi Asiyaya və oradan da Sibirə və Uzaq Şərqə uzanan regionda neft-qaz layihələri artıq transmilli şirkətlərin diqqətini cəlb edib. "BƏƏ önəmli neft-qaz ixracatçılarının mərkəzində yer alıb. Buna görə də beynəlxalq müştərilər, xidmət şirklətləri və investorlar ADIPEC-yə gəlir və burada ən yüksək səviyyədə təmsil olunur. ADIPEC dünyaya açılaraq yeni bazarlar və müştərilər tapmaq üçün imkan yaradır", - deyə sərgi rəhbəri qeyd edib.

ADIPEC-də bu il 10 min nümayəndənin, 2 200 şirkətin, 900 məruzəçinin və 135 ölkədən 100 minə yaxın insanın iştirakı gözlənilir.