Mançester klubları 20 yaşlı müdafiəçi ilə maraqlanır


İdman 19 Okt 2017 11:46:00 290 0

Mançester klubları 20 yaşlı müdafiəçi ilə maraqlanır

"Espanyol"un sol cinah müdafiəçisi Aaron Karikol Mançester klublarının diqqətini üzərinə çəkib. Goal.az xəbər verir ki, "City" və "United"in skautları Primeranın 8-ci turunda 20 yaşlı futbolçunun oyununu izləyib. Yanvarda Karikol katalon klubu ilə müqaviləsini 2022-ci ilə qədər uzatmışdı. Onun buraxılış qiyməti 40 milyon avro təşkil edir.