Yarıçılpaq fotolara görə qətl


Digərləri 19 Okt 2017 11:08:54 382 0

Yarıçılpaq fotolara görə qətl

2016-cı ilin iyulunda cəsədi Multan şəhərinin yaxınlığında tapılmış məşhur və qalmaqallı pakistanlı bloqer, model, aktrisa və müğənni Qandil Baloçun ölümü ilə bağlı daha bir şəxs həbs olunub.

Son.az NDTV-yə istinadən bildirir ki, 26 yaşlı Baloçu qardaşı, Vasim Mohamməd Baloç qətlə yetirmişdi. İndisə Pakistanın tanınmış din xadimlərindən biri Müfti Əbdül Qəvi ölümdə əli olmaqda suçlanıb.

"Pakistanın Kim Kardaşyanı" kimi tanınan Qandil Baloç sosial şəbəkələrdə yarıçılpaq fotolarını və videolarını paylaşaraq məşhurlaşmışdı.

Əhalisinin əksəriyyəti mühafizəkar düşüncəli müsəlmanlar olan Pakistanda Qandil Baluçun erotik videoları, açıq-saçıq, yarıçılpaq vəziyyətdə çəkdirdiyi fotolar qalmaqallar yaradır, kütlədə qıcığa səbəb olurdu.

Qandilin qardaşı Vasim istintaq zamanı bacısını boğduğunu etiraf etmişdi.