Dərmanları corablarında gizlətmək istədi, gömrükdə ələ keçdi


Digərləri 19 Okt 2017 11:08:00 245 0

Dərmanları corablarında gizlətmək istədi, gömrükdə ələ keçdi

Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb.corablarında gizlətmək istəsə də, gömrükdə ələ keçib.

Bakı. Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub. Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.