16 yaşlı qız sevgisinə qurban getdi VİDEO FOTO


Dünya 19 Okt 2017 10:52:00 279 0

16 yaşlı qız sevgisinə qurban getdi  VİDEO  FOTO

Qardaşlarının evə kilidlədiyi qız eyvandan qaçmaq istəyərkən yıxılıb öldü

Türkiyədə 16 yaşlı qız eyvandan qaçmaq istəyərkən yıxılaraq ölüb.

Son.az "Haberler"ə istinadla bildirir ki, Türkiyənin Bursa şəhərində qardaşlarının evə kilidlədiyi 16 yaşlı Kübra D. 3-cü mərtəbənin eyvanından çexolları bir-birinə bağlayaraq qaçmaq istəyərkən yerə çaxılaraq ölüb.

Kübra onu aşağıda gözləyən sevgilisinə qaçmaq istəyərkən 10 metr yüksəklikdən yıxılaraq can verib.

Qeyd edək ki, qızın valideynləri vəfat edib. O, iki qardaşı ilə birlikdə qalıb. Qardaşları onu iki ildir birlikdə olduğu oğlandan ayırıblar, evə kilidləyib, telefonunu da əlindən alıblar.

Qızdan uzun müddət xəbər ala bilməyən oğlan sevgilisinin yaşadığı binanın qarşısına gəlib. O, qızdan aşağı düşməyini istəyib. Qız eyvandan çexollar vasitəsi ilə düşmək istəyərkən müvazinətini itirib və yerə çaxılıb. Sevgilisinin yerə çaxıldığını görən oğlan onu qucağına alaraq küçənin başına qədər aparıb. Onun əllərində can verdiyini görən oğlan şok keçirib.


Xəbərə aid fotolar