"Qarabağ" - "Atletico" matçı altıncı oldu


İdman 19 Okt 2017 10:27:00 378 0

"Qarabağ" - "Atletico" matçı altıncı oldu

"Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib. Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş C qrupunda turun ən yüksək göstəricisi olsa da, ümumilikdə altıncı olub. Londondakı "Stemford Bric" stadionunda "Chelsea" ilə "Roma"(3:3) arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. 

Birinci yeri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"lə İngiltərə "Tottenham"inin 1:1 hesablı heç-heçə etdiyi matç tutub. Oyuna 76589 nəfər stadiondan izləyib.

Ən az tamaşaçı isə Fransa "Monaco"su ilə Türkiyə "Beşiktaş"ına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib - 7403 nəfər.

"Qarabağ" - "Atletico" matçı turun qolsuz yekunlaşan yeganə qarşılaşması olub.