ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb


Dünya 19 Okt 2017 10:15:42 356 0

ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb

Donald Tramp Buş və Obamadan sonra bu vəziyyəti 16–cı dəfə uzadıb

ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimini daha bir il uzadıb.

“Report” xəbər verir ki, bunu ABŞ-da çıxan “USA Today” qəzeti yazıb.

Qəzetin məlumatına görə, bununla bağlı sentyabrın 14-də Ağ evdən Konqresə göndərilən bildirişdə deyilir: “Terror təhdidinin mövcudluğunu nəzərə alınaraq, 2001-ci il sentyabrın 14-də elan olunan fövqəladə rejim davam etməlidir".

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi 2001-ci il sentyabrın 14-də ABŞ-ın o vaxtkı prezidenti Corc Buş tərəfindən sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktları ilə bağlı elan elan edilib. Bu vəziyyət daha sonra prezident Barak Obama tərəfindən də uzadılmışdı.

Məlumata görə, o zaman bu rejimlə əlaqədar C.Buşa ordunu mobilzasiya etmək, müəyyən vəzifələri olan ordudakı məsul şəxslərin səlahiyyətlərini artırmaq, yaxud onların səlahiyyətlərini əlindən almaq, sələhiyyat verəcəyi generalların say məhdudiyyətinin ləğv etmək kimi fövqəladə funksiyalar verilmişdi. Ancaq indiki vəziyyətdə Ağ evə verilən səlahiyyətlər məlum deyil.

C.Buş, B.Obama və D.Tramp fövqəladə vəziyyət rejiminin uzadılması barədə ümumilikdə 16 dəfə qərar imzalayıblar.