Messi Ronaldodan sonra buna nail olan ikinci futbolçu oldu


İdman 19 Okt 2017 10:05:00 375 0

Messi Ronaldodan sonra buna nail olan ikinci futbolçu oldu

"Barcelona"nın argentinalı futbolçusu Lionel Messi Çempionlar Liqasının III turu çərçivəsində Yunanıstan "Olympiacos"una qarşı keçirdiyi ev oyununda dubl etməklə qollarının sayını 100-ə çatdırıb.

Goal.az xəbər verir ki, Messi Çempionlar Liqasında 97, UEFA Superkubokunda isə 3 qol vurub. O, bu qolları 122 oyuna vurub.

Avrokuboklarda vurduğu qolların sayına görə birinci yerdə Kriştiano Ronaldo qərarlaşıb. O, 151 matça 113 qol vurub. Üçüncü pillədə "Real"ın keçmiş hücumçusu Raul gedir. Oyunun hesabında 158 oyuna 76 qol var.