AMEA-nın şöbə müdiri vəfat edib


Sosial 19 Okt 2017 09:50:59 333 0

AMEA-nın şöbə müdiri vəfat edib

Şıxəli Babayev 39 il AMEA-da işləyib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şöbə müdiri vəfat edib.

"Report"un məlumatına görə, akademiyanın Geologiya İnstitutunun “Paleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Əlikram oğlu Babayev dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Babayev 1978-ci ildən Geologiya İnstitutunda işləyib.