ABŞdan xəbərdarlıq:


Dünya 19 Okt 2017 09:57:00 266 0

ABŞdan xəbərdarlıq:

ABŞ-ın daxili təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Eleyn Dyuk hesab edir ki, terror qruplaşmaları ölkədə yeni böyük terror aktları hazırlayırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, Londonda Amerika səfirliyində çıxış edərkən deyib.

O deyib: "Terror qruplaşmları, İŞİD, yaxud digəriləri 11 sentyabr terror aktı kimi bir terrakt planlaşdırır. Bunun üçün onlar təyyarədən istifadə etmək istəyirlər, kəşfiyyatın bununla bağlı heç bir şübhəsi yoxdur".

E.Dyuk, həmçinin əlavə edib ki, belə aktların törədilməsində məqsəd xalqı təşviş içində saxlamaqdır.