Venesuelada hərbi hissənin anbarında partlayış baş verib


Dünya 19 Okt 2017 08:28:00 267 0

Venesuelada hərbi hissənin anbarında partlayış baş verib

Venesuelanın Araqua ştatında, hərbi hissənin anbarında partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində bir neçə ev və avtomobilə zərər dəyib. Ölən və xəsarət alan olmayıb.

Məlumata əsasən, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Partlayışın səbəbi araşdırılır.