Yüksək xolesterola qarşı 5 qida


Digərləri 19 Okt 2017 08:15:00 276 0

Yüksək xolesterola qarşı 5 qida

Zeytun yağı: Ən yaxşı doymamış yağ mənbəyi olan zeytun yağı xolesterol və iltihabı azaldır. Ürək sağlamlığı üçün doymuş və trans yağların yerinə təklif edilir. Hər cür salat və yeməklərdə istifadə edilə bilər.

Badam: Badam, ürək damar sağlamlığı üçün bol miqdarda doymamış yağlar ehtiva edir. Son.az deyerler.org-a istinadən bildirir ki, tərkibindəki yüksək nisbətdə yağ sayəsi ilə ürəyi qoruyur. Xolesterolu salır. Eyni zamanda bir E vitamini mənbəyi olan badam, xolesterola bağlı inkişaf edən damar tutulmalarına gətirib çıxaran val meydana gəlməsini gecikdirir.   Acı şokolad: Xolesterolun digər bir düşməni də acı şokoladdır. Şokoladdakı kakaonun tərkibində olan antioksidantlar doymamış yağ ehtiva edir. Bu da xolesterolun düzəlməsinə köməkçi olur.   Qoz: Qoz doymamış yağ və omeqa 3 yağ turşusu ehtiva edir. Hər gün nizamlı istehlak edildiyində xolesterolun səviyyəsini 15%-ə qədər salır və eyni zamanda damarlardakı qan dövranını nizamlayır və bədəndəki iltihablanmağı azaldır. Portağal: Bir orta boylu portağal gündəlik C vitamini ehtiyacını tamamilə qarşılayır. C vitamini bədəndəki hüceyrələri qoruyur, damarlarda xolesterolun səbəb olduğu köhnəlməyi və val meydana gəlməsini əngəlləyir.