Səudiyyədən İraqa 27 il ərzində ilk dəfə...


Dünya 19 Okt 2017 08:08:00 324 0

Səudiyyədən İraqa 27 il ərzində ilk dəfə...

Oktyabrın 18-i Səudiyyə Ərəbistanından İraqa 27 il ərzində ilk birbaşa aviareys yola düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Ər-Riyaddan Bağdada uçuşu aşağı büdcəli "Flynas" aviaşirkəti həyata keçirib.

Gözlənilir ki, Səudiyyə Ərəbistanının dövlət aviaşirkəti olan "Saudia"da oktyabrın 19-u İraqa birbaşa reys həyata keçirəcək.