Paytaxtda avtobus və yük maşınlarının törətdiyi qəzalar


Digərləri 19 Okt 2017 07:14:00 242 0

Paytaxtda avtobus və yük maşınlarının törətdiyi qəzalar

Bakıda bu ilin 9 ayında ümumi istifadədə olan sərnişin avtobuslarının iştirakı ilə 26 yol-nəqiyyat hadisəi baş verib. Nəticədə 3 nəfər ölüb, 26 nəfər xəsarət alıb. Hadisələrdə qəzaların baş verməsinin günahkarı bəzi hallarda avtobus, bəzən isə digər nəqliyyat vasitələrinin sürücüləri olub.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, ötən illə müqayisədə avtobusların iştirakı ilə paytaxtda baş vermiş hadisələrin sayı azalıb: "Belə ki, 2016-cı ilin 9 ayı ərzində şəhər üzrə 32 hadisə olmuş, nəticədə 14 nəfər ölmüş, 36 nəfər xəsarət almışdı. Statistik təhlillər göstərir ki, hadisələrin sayı 6 fakt, ölüm 11, xəsarət isə 10 fakt azalıb. Bu isə bizi sevindirir. Bunula belə bu sahədə işlərin nizama salınması üçün tədbirlər davam etdirilməlidir".