Bakıda yol qəzaları, əsasən, nə vaxt və harada baş verir?


Digərləri 19 Okt 2017 07:00:00 261 0

Bakıda yol qəzaları, əsasən, nə vaxt və harada baş verir?

Bakıda 2017-ci ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri, əsasən, günün günorta və axşam saatlarında, daha dəqiq desək, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Yəni 76 nəfərin öldüyü, 203 nəfərin isə xəsarət aldığı 245 hadisə məhz bu saatlarda baş verib.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.