Rusiyaya qanunsuz olaraq keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb


Sosial 19 Okt 2017 04:27:48 303 0

Rusiyaya qanunsuz olaraq keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

O, cərimə olunaraq gəldiyi istiqamətdə geri göndərilib

Oktyabrın 17-də Belarusdan qanunsuz olaraq Rusiya ərazisinə keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Smolensk regionu üzrə Sərhəd İdarəsinin məlumatında bildirilir.

O, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə olunaraq Belarus ərazisinə göndərilib. Azərbaycan vətəndaşı ilə yanağı analoji əmələ görə iki Moldova və Ukrayna, bir Litva vətəndaşı da saxlanılıb.