Aİ Kubanın qasırğadan sonra bərpasına 700 min avro ayıracaq


Dünya 19 Okt 2017 03:19:08 304 0

Aİ Kubanın qasırğadan sonra bərpasına 700 min avro ayıracaq

Bundan əvvəl BMT-nin Mərkəzi Fondu Havanaya kömək məqsədi ilə 2,5 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) sentyabrın əvvəlində Kubada baş vermiş "İrma" qasırğasının nəticələrinin aradan qaldırılmasına kömək məqsədi ilə Havanaya 700 min avro ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vəsaitin köçürüləcəyi BMT İnkişaf Proqramının çərşənbə günü yaydığı bəyanatda deyilir.

"Sankti-Spiritus mərkəzi əyalətinin Yaquaxay rayonunun daha çox zərər çəkmiş sakinlərinə evlərini bərpa etmələri üçün təqribən 8 min avro ayrılacaq", - deyə məlumatda bildirilir.

Bundan əvvəl BMT-nin Mərkəzi Fondu Havanaya kömək məqsədi ilə 2,5 milyon avro ayırıb.