Venesuelanın döyüş sursatı anbarında partlayış olub - VİDEO


Dünya 19 Okt 2017 02:11:41 297 0

Venesuelanın döyüş sursatı anbarında partlayış olub - VİDEO

Hadisəyə qumbaranın partlaması səbəb olub

Venesuelanın Araqua ştatında "Cavim" hərbi-sənaye şirkətinin hərbi hissəsi ərazisində partlayış baş verib.

“Report” "Noticias24" nəşrinə istinadən xəbər verir ki, hadisəyə qumbaranın partlaması səbəb olub.

Nəşrin məlumatına görə, insident nəticəsində heç kim zərər çəkməyib. Bununla belə, hadisə şahidləri partlayışın bir sıra evlərə və nəqliyyat vasitələrinə ziyan vurduğunu iddia edirlər.