"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb - FOTOREPORTAJ


Digərləri 18 Okt 2017 21:54:01 191 0

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb - FOTOREPORTAJ

Ağdam klubu "Atletiko Madrid"lə heç-heçə edib

"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.

İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

C qrupunun digər oyunu Londonda “Çelsi” və “Roma” arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:4-də başlayacaq.

Çempionlar Liqası, C qrupu, III tur

18 oktyabr

"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)

Bakı Olimpiya Stadionu

Xal durumu: "Çelsi” – 6, "Roma” – 4, "Atletiko” – 2, "Qarabağ” – 1.