Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək


Digərləri 18 Okt 2017 22:58:34 360 0

Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək

Konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa olunacaq.

Bakı. Oktyabrın 30-da saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyasının solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadənin konserti keçiriləcək. Trend-in məlumatına görə, konsertdə muğam, xalq və bəstəkar mahnıları ifa olunacaq. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Dirijor Mustafa Aşurovdur. Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və ASAN Xidmət Mərkəzlərindən əldə edə bilərsiniz. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az