Naməlum obyekt göründü VİDEO


Digərləri 18 Okt 2017 22:14:00 309 0

Naməlum obyekt göründü  VİDEO

Dubay səmasında meteoriti xatırladan naməlum obyekt görüntülənib.

Son.az axar.az-a istinadən bildirir ki, bu qeyri-adi səma cismi əhalidə narahatlıq yaradıb. Bəziləri bunu İranın ballistik raketinin sınağı, bəziləri isə ərəb ölkələrinə hücum etməyə söz verən yəmənli üsyançıların buraxdığı raket olduğunu bildiriblər. Bir müddət sonra Dubay Əmirliyinin səlahiyyətli şəxsləri 80 saniyə ərzində müşahidə olunan obyektin meteorit olduğunu bəyan ediblər.

Lakin yerli astronomlar bununla razılaşmayıblar. Dubay Astronomiya qrupunun rəhbəri Həsən Əhməd əl-Hariri onun rus kosmik vasitəsi "Proqress MS-07" dağıntılarının olduğunu iddia edib.

ABŞ Strateji Komandanlığında isə gizli obyektin "Soyuz-FQ" raket-daşıyıcının parçaları olduğunu bəyan edib.