Reks Tillerson: "ABŞ Əfqanıstanda sülh və sabitlik bərqərar olmayanadək ölkəni tərk etməyəcək"


Dünya 18 Okt 2017 21:11:00 307 0

Reks Tillerson: "ABŞ Əfqanıstanda sülh və sabitlik bərqərar olmayanadək ölkəni tərk etməyəcək"

"Biz yalnız sülh və sabitlik bərqərar olandan sonra Əfqanıstandan gedəcəyik"

"ABŞ Əfqanıstanda sülh və sabitlik bərqərar olmayanadək ölkəni tərk etməyəcək".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Strateji Təşəbbüslər Mərkəzində çıxışı zamanı deyib.

"Bizim taliblərə və digər təşkilatlara ismarıcımız: biz yalnız sülh və sabitlik bərqərar olandan sonra Əfqanıstandan gedəcəyik", - o bildirib.