Danimarka yığması seçmə mərhələ oyununa çıxmaqdan imtina edib
İdman 18 Okt 2017 20:19:00 365 0
Danimarkanın qadınlardan ibarət futbol yığması DÇ-2019-un seçmə mərhələsndə İsveçlə oyuna çıxmaqdan imtina edib. Goal.az xəbər verir ki, komanda yerli federasiya ilə fikir ayrılığına düşüb. Federasiya yeni qərara əsasən qadın futbol millisini qurumun əməkdaşı hesab etmir. komanda isə bunu cinsi ayrı-seçkilik kimi dəyərləndirib. Tərəflər uzun sürən danışıqlar sonrası kompromiss əldə edə bilməyib. Təkliflərdən biri odur ki, kişilərdən ibarət komanda qadın millisinə 67.6 milyon avro pul ayırsın. Amma bunların hər biri geri çevrilib.
Mənbə: goal.az