Müqavil əsasında Suriyada döyüşən Rusiya vətəndaşı ölüb


Dünya 18 Okt 2017 19:48:41 313 0

Müqavil əsasında Suriyada döyüşən Rusiya vətəndaşı ölüb

Ölümündən sonra Mark Neymarın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib

Xüsusi hərbi şirkətlə bağladığı müqavilə əsasında Suriyada döyüşən Rusiyanın Xantı-Mansisiy Muxtar Dairəsinin Meqion şəhərinin sakini, 25 yaşlı Mark Neymark minaya düşərək ölüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu məlumatı ölən hərbçinin həyat yoldaşı Kseniya Neymark da təsdiqləyib. O, həyat yoldaşının bu ilin iyunun 28-də Suriyaya yola düşdüyünü və oktyabrın sonun da “məzuniyyətə” çıxmağı planlaşdırdığını deyib.

M.Neymarkın ölümünü  Rusiyanın Suriyada əməliyyatlar keçiridyi bölgələrdə monitorinq aparan “Conflict Intelligence Team” qrupu yayıb.

Məlumata görə, o, yəhudi olub və onun Rusiya hərbçiləri ilə brlikdə Bəşşər Əsəd tərfdən döyüşməsi peşəkar hərbçi olmağından xəbər verir.

Qeyd edək ki, ölümündən sonra M.Neymarın ailəsinə müqavilə imzaladığı hərbi şirkət tərəfindən kompensasiya ödənilib.