Yeni nazirin ilk rəsmi görüşü FOTO


Digərləri 18 Okt 2017 19:40:56 294 0

Yeni nazirin ilk rəsmi görüşü  FOTO

Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Energetika Nazirliyində olub.

Son.az nazirliyə istinadən xəbər verir ki, səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb.

Səfir bu təyinatın iki ölkə arasında enerji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. E. Özoral Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələrini regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıq nümunələri adlandırıb. O, Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.


Xəbərə aid fotolar