Tebas: "Barcelona"nın La Liqada payını 20-25% görürəm"


İdman 18 Okt 2017 19:32:00 342 0

Tebas: "Barcelona"nın La Liqada payını 20-25% görürəm"

La Liqa prezidenti Xavyer Tebas La Liqa oyunlarının teleyayım məsələsinin təxirə salındığını deyib. Goal.az xəbər verir ki, ispaniyalı funksioner bunu Kataloniya ətrafında hökm sürən vəziyyətlə əlaqələndirib.

"İspaniyada nə baş verəcəyini gözləyirik deyə tenderi təxirə salmışıq. Bizim turnirlərin dəyərinə təsir göstərə biləcək problem var. Tender oyunların Avropa və Asiyada - Hindistan, Sinqapur kimi ölkələrdə yayılmasını nəzərdə tutur. Düşünə bilərsiniz ki, "Barcelona" Primeranın yarısıdır. Amma belə deyil. Mən katalonların La Liqada payını 20-25% görürəm".