Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib


Siyasət 18 Okt 2017 19:21:43 312 0

Prezident İlham Əliyev iki nəfəri “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Bunlar Nizami Nadirov və Şaitdin Əliyevdir

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.