Çexiyada 7 minə yaxın həkim tətil edir


Dünya 18 Okt 2017 19:25:00 290 0

Çexiyada 7 minə yaxın həkim tətil edir

Çexiyada yeddi minə yaxın həkim əmək haqlarının artırılması tələbi ilə birgünlük tətil elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həkimlər, həmçinin onların inzibati öhdəliklərinin azaldılmasını tələb edir. Həkimlərlə həmrəylik olaraq 400-ə yaxın aptek də yarım saat müddətinə işini dayandırıb.

Tibb işçiləri gün ərzində yalnız təcili yardım üçün işi bərpa edə biləcəklərini bəyan ediblər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində