Firuzə Cəlilovanın şənbə və bazar göruşləri FOTO


Digərləri 18 Okt 2017 19:13:00 720 0

Firuzə Cəlilovanın şənbə və bazar göruşləri  FOTO

Şənbə səhərini "Oyan Azərbaycan"da Belarus analar gününü qeyd edərək açan Firuzə Cəlilovanın bu dəfəki qonağı "Evdəkilərə salam" verilişinin aparıcısı Aytəkin Mərdanova və balaca qızı oldu. Söhbət zamanı Aytəkinin yaxşı ana və ya yaxşı aparıcı olduğunu öyrəndik.

"Vinni Pux" obrazının yarandığı tarixə təsadüf edən buraxılışda, çox bilmiş Kafiyə Orucovanın vasitəsi ilə Vinninin yaranma tarixini öyrəndik. Nuranə Həmidova bizə "Mən qadınam" deyən kikboksçu çempionumuzu tanıdarkən, bişirib-düşürən Həmid Mahmudov biri-birindən gözəl və dadlı səhər yeməkləri bişirdi. Şarmlı Gülnar Məmmədova Plates ilə fit olmağa çalışarkən, İşə salan Vasif Həsənovun anası araşdırmaçı Seva Şirinovanı yun çubuğu ilə döydü. Aparıcı Firuzə Cəlilova Orxan Əliyev ilə birgə "Formula 1" yarışına "Niyə də yox" dedi. Yuxubaz Səid Qurbanov isə bu dəfə yuxuda ölümlə mübarizə apardı.

Bazar efirinə isə "Oyan Azərbaycan" "Dünya əl yuma" gününü qeyd edərək başladı. Studiyada bişirilən sabun ilə əlini yuyan Firuzə Cəlilovaya araşdırmaçı Sevinc Şirinova əl yumamağın fəsadlarından danışdı. "Dünya çörək günü"nü qeyd edən Həmid Mahmudov isə əlini yuyub çörək bişirməyə cəhd edərkən, çörəyi yandırdı. Nuranə Həmidova ilə Vasif Həsənov da 1:0 yarışında kürəyə çörək yapdılar.


Xəbərə aid fotolar