Nazirlikdən əlillərə müavinətlərin dayanadırılacağı xəbərinə


Digərləri 18 Okt 2017 19:05:09 259 0

Nazirlikdən əlillərə müavinətlərin dayanadırılacağı xəbərinə

"Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur.