"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb


Dünya 18 Okt 2017 18:26:36 329 0

"Ofeliya" qasırğası səbəbindən Tallində çirkli yağış yağıb

Qasırğa Estoniyaya Portuqaliyada meşə yanğınlarından sonra yaranmış tüstü və his gətirib

Estoniyanın paytaxtı Tallin şəhərinə çirkli yağış yağıb.

"Report"un Estoniya KİV-lərinə istinadən verdiyi xəbərə görə, "Ofeliya" qasırğası ölkəyə Portuqaliyada baş vermiş yanğınlardan sonra yaranmış tüstü və hisi, Saxara səhrasından isə toz dumanını gətirib.

Sinoptiklərin sözlərinə görə, baş verənlər müvəqqəti haldır.

Hazırda havanın kimyəvi tərkibi haqda məlumat yoxdur.

Qeyd edək ki, Portuqaliyada meşə yanğınları nəticəsində 27 nəfər həlak olub, 51 nəfər xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır.