Məşhur gimnastdan şok etiraf:


Dünya 18 Okt 2017 18:24:00 365 0

Məşhur gimnastdan şok etiraf:

2012-ci ildə London Olimpiya Oyunlarında gimnastikadan qızıl medal qazanan Mak Kayla Maroney həyatı ilə bağlı etiraflar edib.

Mili.Az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ komandasının üzvü olan çempion 7 il boyunca məşqçiləri tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

Maroney 13 yaşında ABŞ gimnastika komandasının həkimi Larri Nassar tərəfindən təcavüzə məruz qaldığını bildirib. 21 yaşlı idmançı deyib: "Uzunmüddətli uçuşlardan əvvəl yuxu dərmanı verdi və onun otel otağında oyandım Yaponiyada baş verən bu hadisədə məni müalicə etdiyini söylədi".

Uşaqbazlıq və cinsi istismar ittihamlarına görə həbs edilən Nassar haqqında məhkəmə 27 oktyabrda qərarını açıqlayacaq. İdmançı bildirib ki, bənzər hadisələr bir çox ölkədə baş verir və qadınlar səslərini ucaltmalıdırlar.


Xəbərə aid fotolar