Təyyarədə rəzalət:


Dünya 18 Okt 2017 18:19:00 314 0

Təyyarədə rəzalət:

"AirAsia" aviaşirkətinə məxsus laynerlərdən birinin göyərtəsində bələdçilər sərnişinləri şoka salıblar.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, sərnişinlərin təəccübünə səbəb uçuş zamanı stüardessaların növbəylə ulaması olub. Belə ki, təyyarə havaya qalxdıqdan sonra heyət üzvləri bir-bir mikrofona ulayıblar.

Çikaqodan olan Odri adlı sərnişin baş verənləri lentə alıb. Hadisə yanvar ayında baş versə də, bu barədə xəbər yalnız bu gün yayılıb.

Aviaşirkətin rəhbərliyi əməkdaşlarının bu hərəkətinə, hələ ki, heç bir açıqlama verməyib.