İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib


İdman 18 Okt 2017 17:34:00 335 0

İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

"Valencia"nın hücumçusu Simone Zaza sentyabr ayında La Liqanın ən yaxşı futbolçusu seçilib. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasında ilk dəfə olaraq analoji mükafata sahib çıxıb. Bu barədə Liqanın rəsmi saytı məlumat yayıb. O, ötən ay "yarasalar"ın heyətində 4 oyuna 4 qol vurub. Zazaya mükafat oktyabrın 21-də "Sevilla" ilə oyundan öncə təqdim olunacaq.

Bu mövsüm ümumilikdə 8 oyunda meydana çıxan italyan forvard 7 qol vurub.