"AsstrA" Orta Asiyada mövqelərini gücləndirir


Digərləri 18 Okt 2017 17:30:03 248 0

"AsstrA" Orta Asiyada mövqelərini gücləndirir

Son illər "AsstrA-Associated Traffic AG" şirkəti Orta Asiya ölkələrinin logistika bazarlarında öz xidmətlərinin inteqrasiyasını müvəffəqiyyətlə həyata keçirir.

Bakı. Son illər "AsstrA-Associated Traffic AG" şirkəti Orta Asiya ölkələrinin logistika bazarlarında öz xidmətlərinin inteqrasiyasını müvəffəqiyyətlə həyata keçirir. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Bu faktı şirkətin işinin statistikası da sübut edir: yalnız 2016-cı ildə şirkət Orta Asiya ölkələrindən və geri 12 milyon avro dəyərində 1.4 milyon ton yük daşıyıb. Şirkət mütəxəssislərin xidmət göstərdiyi yük axınının əsas həcmini şəkər, quru meyvə və qoz qarışığı, asbest və polimerlər və metallurgiya üçün müxtəlif xammalı təşkil edib. Regionun hər bir göstərilən ölkəsində müvəffəqiyyətli işin nəticəsində “Orta Asiya” mərkəzləşdirilmiş şöbənin yaradılması barədə qərar verilib. Şöbəyə xidmət üçün 5 dövlət - Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan və Tacikistan daxil edilib. 2017-ci ilin iyul ayından etibarən AsstrA “Orta Asiya” şöbəsinin mütəxəssisləri bütün nəqliyyat-logistika məsələləri üzrə məsləhətləri təklif edir, eyni zamanda yüklərin bütün nəqliyyat növlərindən istifadə etməklə alternativ çatdırılma növləri daxil olmaqla, lojistik məsələlərin kompleks həllərini hazırlayırlar. Bununla bağlı şirkət əməkdaşları istehlakçıların fərdi tələbləri və sorğuları, yüklərin xüsusiyyətlərini və başqa amilləri nəzərə alırlar. Yeni bölmənin məqsədləri və vəzifələri haqqında “Orta Asiya” şöbəsinin müvəqqəti rəhbəri Marqarita Dyadyaeva qeyd edib: “Şöbə şirkətin regiondakı mövqelərini gücləndirmək və Orta Asiya ölkələrinin lojistik bazarlarında daha keyfiyyətli xidmətlər göstərmək məqsədi ilə yaradılmışdı. Orta Asiya şöbəsinin yaradılmasının səbəbi regionda artan yük axını oldu. Bu regionda yük daşımalarını inkişaf etdirməyə, müştərilərə təkmilləşdirilmiş servis, mövcud olan təşkilat strukturunu optimallaşdırmağa, yeni optimal marşrut və logistik həlləri hazırlamağa imkan yaradacaq və həmçinin sifarişçiyə yükün çatdırılma müddətini azaltmağına fürsət verəcək. Yeni şöbənin mövcudluğu bizim müştərilər üçün logistika sahəsində keyfiyyətli xidmətləri əldə etmək, biznesi optimallaşdırmağa, yüklərin daşıma xərclərini, çatdırılma müddətini azaltmağa və gömrük rəsmiləşdirmə prosedurlarını sadələşdirməyə imkan verəcək”. AsstrA şirkəti hər növ və ölçüdə, o cümlədən yığılma və komplektləşdirilmiş, tökmə, təhlükəli və xüsusi temperatur rejimini tələb edən yüklərin beynəlxalq daşımasını təklif edir. AsstrA 1 palet həcmli yükdən aşırı ölçülü layihələrə kimi yükləri daşıyır. AsstrA-nın təcrübəli mütəxəssislərin komandası yüksək səviyyəli xidmət təklif etməklə uzunmüddətli və səmərəli əməkdaşlığa hazırdır. “AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.